Mikayıl Müşfiq

Mikayıl Müşfiq: Azərbaycan şairi... Vətənsevər... Aşiq... Gənc yaşda bağçadan qoparılan həyat dolu fidan...
 
Heç 30 ili də keçməyən qısa ömründə 10-a yaxın şeir kitabı çap etdirib, Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib. 
 
Şair dünyada və Azərbaycanda böyük hadisələrin cərəyan etdiyi 1908-ci ildə, Bakı şəhərində dünyaya gəlib. 1918-ci ildə Çar Rusiyasının dağılmasından sonra müstəqil respublika quran Azərbaycan bir neçə gün sonra ermənilərin də dəstək verdiyi ruslar tərəfindən hücuma məruz qalır.  Bir neçə ay sonra Osmanlının Nuri Paşa və ordusunu Azərbaycana kömək üçün göndərməyindən sonra (bax: “Çırpınırdı Qara dəniz”) müstəqilliyinə yenidən qovuşub, lakin Osmanlı İmperiyası 1918-ci il 30 oktyabrda Mudros müqaviləsi səbəbi ilə geri çəkildi. 1920-ci ildə Qızıl Ordu Azərbaycana girdi. Azərbaycanın qısa çəkən bu ilk müstəqilliyinə son verildi.
 
 
Bu dövrdə gəncliyə qədəm qoyan Mikayıl Müşfiq ədəbiyyat fakültəsini bitirdi. Sovet Rusiyası vaxtında yeddi il müəllimlik etdi, eyni vaxtda şeir yazmağa da davam etdi.
 
Vətənsevərliyi ilə yanaşı, eynilə, dövrün əksər azərbaycanlı şairi, yazıçısı, dramaturqu kimi həmin dövrdə yeni qurulan, kütlələrə həyəcan və azadlıq ruhu verən komunizmə də maraq duydu. 
 
Bu torpaqlarda yaşamış keçmiş böyük xalq şairlərinə, klassik şeirə böyük hörmət və maraq bəsləməyinə baxmayaraq şeirlərində yeni dil yaratdı. O dövr üçün bu, Azərbaycan ədəbiyyatında hələ təzə-təzə cücərən axın idi. Şair bu cəhətdən Cahit Sıtkı ilə bənzərlik göstərir, ya da Nazim Hikmətlə - bir dövrün şairləridirlər.
 
Demək olar ki, hər mövzuda şeir yaza bilirdi. Eyni zamanda, coşğun şeir söyləmə qabiliyyəti vardı. Bu qabiliyyəti ilə kütləni təsiri altına ala bilirdi.
 
Bir də böyük məhəbbəti vardı Mikayıl Müşfiqin: Dilbər Axundzadə. 1931-ci ildə özü kimi aktivist, şeirlər yazan həmin gənc qızla evləndi və bu evlilikdən üç uşaqları oldu.
 
 
1930-cu illər Stalin rejiminin gücləndiyi illər idi. SSRİ komunist rejiminin ilk illərində əsən azadlıq-bərabərlik rüzgarı sinmiş, yerinə Stalinlə birlikdə yerli və milli dəyərlərə ağır təzyiqlər keçmişdi. Artıq Azərbaycan mədəniyyətinə xas olan dəyərlər – atributlar, millətçilik, vətənsevərlik kimi duyğular rejim tərəfindən ağır təzyiqlərlə üzləşir, şiddətlə söndürülürdü.
 
Fikirlərin  çarpışdığı bu dövrdə Müşfiqdə bir kənarda ağzına su alıb oturmadı. Şeirləri, fikirləri ilə komunist rejimin bu gedişatından narazılığını dilə gətirirdi. Assimilasiyaya tabe olmaq, vətəni Azərbaycana aid mədəni dəyərlərin silinməyinə şahidlik etmək şairə toxunurdu. 
 
Rejim tərəfdarları zərərli gördükləri hər kəsi trotskiçi və yaxud ağlasığmaz ittihamlarla günahlandırdığı dövrdə bir zamanlar əvvəlcə sevgisindən, sonra təzyiqlər ucbatından Stalini öyüb, Trotskini həcv etdiyi şeirləri olsa da Mikayıl Müşfiq ona tuşlanan tənqid oxlardan qurtula bilmədi. Kommunist rejim əleyhdarları, yaxud zərərli gördüyü hər kəsə qarşı böyük təmizlik hərakatına başladı. Həmin dövrdə Azərbaycan siyasətinin, ədəbiyyatının bir çox dəyərli ismi ilə bərabər Mikayıl Müşfiq və həyat yoldaşı da 1937-ci ilin axırlarında həbs edildi.
 
 
1938-ci il, yanvarın 6-da Nargin adasında güllələndi...
 
Qəbri olmadı – cəlladları onu Xəzər dənizinə atdılar...
 
Stalin rejiminin artıq çox təhlükəli gördüyü şairi sona aparan misraların aşağıdakılar olduğu deyilir:

Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,
Bu insan oğlu bilsən. 
Azadlıq ölkəsində daha şad olacaqdır,.
Dünya dad alacaqdır. 
 
Həyat yoldaşı Dilbər xanım illər sonra həm ondan, həm də rejimin o dövrdəki zalimlığından bəhs etdiyi “Müşfiqli günlərim” adlı kitab qələmə aldı. Kaş həmin xatirə kitabını almaq mümkün olaydı. Bəlkə də onda yazımdakı əskikləri və səhvləri düzəltmək mümkün olardı. Hələ ki, bu mümkün deyil.
 
Başqa mənbədən aldığım məlumata görə, Müşfiq evlənəndən və bir neçə uşağı dünyaya gələndən sonra, tutulub güllələnməmişdən iki il əvvəl başqa qadına platonik bağlılıq yaşayıb. Həmin gənc qadın müsahibələrindən birində şairin məşhur “Yenə o bağ olaydı...” şeirinin ona yazıldığını və şair tərəfindən kağıza yazılıb özünə verildiyini deyib (İddiaya görə həmin qız yazıçı Ənvər Məmmədxanlının bacısı Arifə Məmmədxanlı olub. Aşağıdakı şəkildəki qadın A.Məmmədxanlıdır - red.).
 
 
Bura qədər gələndən sonra bir neçə şeirinə yer verməsək olmaz. Həyat yoldaşı Dilbər xanıma yazdığı şeirlə başlayaq:

Bilməm, məni neçin atmış, unutmuş,
Cövri-cəfasına qurban olduğum?
Yoxsa özgəsinə üzünü tutmuş
Yeni sevdasına qurban olduğum?

Mən Dilbəri sordum gəlib-gedəndən,
Dedilər, barışmaz, küsmüşdür səndən,
Mən iltifat etdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum!

O mənim sevgilim, o mənim anam,
Onsuz üzüm gülməz, açılmaz aynam.
Bilməm harda qaldı o nazlı durnam,
O xoş sədasına qurban olduğum?

Ayrılıq oduna könül dayanmaz,
Eşq oduna yanan bir daha yanmaz,
Çəkdiyim nalədən neçin oyanmaz,
Şirin röyasına qurban olduğum?
 
Yaxud:

Deyirsən yanında qalacağam mən 
Çox gözəl fikirdi qal sənə qurban 
Qal sənə qurban... 
Nə zaman istəsən əziz canımı 
Qumral gözlərinlə al sənə qurban 

Sən Müşviqin yanında qalginən sənə qurban 
İstərsən bu canımı alginən sənə qurban 

Gəlmiş hüzuruna bir qara dağlı 
Bir qara qulundur qolları bağlı 
Qolları bağlı... 
Gəl sinəmə çəkmə sən hicran dağı 
Gümüş topuğunda xal sənə qurban 

Sən Müşviqin yanında qalginən sənə qurban 
İstərsən bu canımı alginən sənə qurban
 
İllər sonra elə bu şeirə Ələkbər Tağıyev tərəfindən çox gözəl mahnı bəstələnib, həta bəstənin sözlərini dəyişdirərək Əməl Sayın hamımızın yaxşı bildiyi “Mavi Boncuk” olaraq ifa edib.
 
Platonik sevgisinə yazdığı “Yenə o bağ olaydı...” şeiri bir xeyli özünəməxus, səmimi və uzundur. 
 
Söhbətimizi həyat eşqini, ölüm qorxusunu dilə gətirdiyi şeirdən alınan dördlüklə bitirək. Ruhu şad olsun!

Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əllləşən
Dostdan, aşinadan necə əl çəkim?

 

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol